Priqojin sensasion açıqlamalar verməyə hazırlaşır

7-07-2023, 11:13           
Priqojin sensasion açıqlamalar verməyə hazırlaşır
"Vaqner” qrupunun təsisçisi və rəhbəri Yevgeni Priqojin yaxın günlərdə sensasion iddialarla çıxş edə bilər.

Bu barədə Rusiyanın "Telegram” kanalları məlumat yayıb.

Məlumatda bildirilir ki, Priqojin ona məxsus mülklərdə aparılan axtarışlar zamanı oğurluq baş verdiyini bəyan edəcək. Priqojin axtarışlar zamanı hüquq-mühafizə orqanları əməkdaşlarının qiymətli əşyalar və pul oğurladığını iddia edəcək. O, oğurluq hadisənin diqqətdən kənarda qalan gizli kameralar vasitəsilə lentə alındığını bildirəcək.

Yevgeni Priqojin ötən ay Rusiyanın hərbi rəhbərliyinə qarşı qiyam edib. Priqojin iyunun 23-ü axşam saatlarında Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin əmri ilə helikopterlərdən muzdluların düşərgələrinə raket zərbələrinin endirildiyini və çoxlu sayda muzdlunun öldüyünü iddia edib. İyunun 24-də isə 25 minlik qoşunla Moskvaya üz tutub. Danışıqlardan sonra "Vaqner”in təsisçisi qoşunu geri çəkib.

Rusiya prezidenti Vladimir Putin onun bu addımını xəyanət adlandırıb. \\Qaynarinfo












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru