İranda xanım sosioloq həbs edildi - FOTO

7-07-2023, 12:57           
İranda xanım sosioloq həbs edildi - FOTO
İranda sosioloq Fatimə Həsəni təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı İranda İnsan Haqları təşkilatına istinadla məlumat verib.

Bildirilir ki, o Məşhəd şəhərinin hava limanında saxlanılıb.

Qeyd edək ki, Fatimə Həsəni “Clubhouse” sosial şəbəkəsində (sosial audio proqramı) hökumətin yanlış idarəçiliyi və səmərəsizliyi barədə səsləndirdiyi kəskin fikirlərinə görə ittiham olunur.
Sosioloqu həbs edən qurum və saxlandığı yer barəsində dəqiq məlumat yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru