NATO-ya üzv olan ölkələr hərbi xərcləri artırmağa razılaşıblar – REUTERS

8-07-2023, 11:53           
NATO-ya üzv olan ölkələr hərbi xərcləri artırmağa razılaşıblar – REUTERS
NATO müttəfiqləri alyansın hərbi xərclər üzrə hədəfini milli ÜDM-in ən azı 2%-nə qaldırmaq barədə razılığa gəliblər.

"AzPolitika.info” xəbər verir ki, bu barədə "Reuters” diplomatik mənbələrdən məlumat alıb.

Anonimlik şərti ilə danışan iki diplomat Almaniyanın DPA xəbər agentliyinin əvvəlki hesabatını təsdiqləyərək, 31 müttəfiqin gələcəkdə öz ÜDM-lərinin "ən azı 2%-ni ordularına sərmayə etmək üçün davamlı öhdəlik" üzərində razılaşdıqlarını söyləyib.

Gələn həftənin çərşənbə axşamı və çərşənbə günü Vilnüsdə keçiriləcək NATO-nun ikigünlük sammiti ərəfəsində yeni xərclər hədəfi ilə bağlı razılıq həll edilməmiş məsələlərdən biri idi.

NATO-nun Baş Katibi Yens Stoltenberq NATO-nun hazırkı hərbi xərclərini milli ÜDM-in 2%-i həcmində olmasını minimum tələb kimi hədəflədiyini bildirmişdi.

2023-cü ildə hətta köhnə hədəfə NATO-nun hesablamalarına görə, alyansın 31 üzvündən yalnız 11-i çatacaq. Məqsəd 2014-cü ildə, NATO liderləri on il ərzində müdafiə xərclərini ÜDM-nin 2%-i qədər artırmağa razılaşdıqda qoyulmuşdu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.