Niderland hökuməti tam tərkibdə istefa verdi

8-07-2023, 09:49           
Niderland hökuməti tam tərkibdə istefa verdi
Baş nazir Mark Rüttenin hökuməti istefa verib.

Bu barədə baş nazir özü mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, hakim koalisiyanın dağılmasına əsas səbəb miqrasiya siyasətindəki fikir ayrılığı olub.
Rütte bildirib ki, ölkədə yeni parlament seçkisi keçiriləcək və nəticədə yeni hakim koalisiya qurulacaq. Bu hadisə baş tutanadək isə hazırkı hökumət müvəqqəti olaraq vəzifəsinin icrasına davam edəcək.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.