Deputatdan manat açıqlaması: "Ciddi təsir göstərəcək"

27-06-2016, 12:05           
Deputatdan manat açıqlaması: "Ciddi təsir göstərəcək"
Böyük Britaniyanın Avropa Birliyindən çıxması maliyyə bazarlarına öz təsirini göstərəcək.

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Deputat bildirib ki, bundan sonra hər şey AB-nin gələcək işini necə quracağından asılıdır:
"Əksər dövlətlər dollarla yanaşı, funt sterlinqlə də işləyirlər. Hazırda ingilis funtu 20 faiz ucuzlaşıb. Yəni bir çox ölkələrdə dönərli valyuta olduğundan son proseslər bu dövlətlərə ciddi mənfi təsir göstərəcək. Bu proses Böyük Britaniya ilə iqtisadi, ticari əlaqələri olan dövlətlərdən də yan keçməyəcək. Ümumiyyətə, AB-nin dövlət siyasəti primitiv olaraq qalacaq”.

Millət vəkili Böyük Britaniyanın AB-də çıxmasının Azərbaycana təsirlərindən də danışıb:
"Dövlət ehtiyatlarının 5 faizə yaxını funt sterlinqdə saxlanılır. Bu o anlama gəlir ki, Dövlət Neft Fondu ziyana düşə bilər. İkincisi, belə bir siyasi vəziyyətin yaranması manata təzyiqləri artıracaq. O ki qaldı Böyük Britaniya ilə Azərbaycanın ortaq iqtisadi, ticari əlaqələrinə, BP uzun müddətdir ölkədə fəaliyyət göstərir və bu istiqamətdə hər hansı dəyişikliklər gözlənilmir, yəni ciddi problemlər olmamalıdır. Ancaq ümumilikdə son proseslər iqtisadi vəziyyətə təsirsiz ötüşməyəcək”.
Qeyd edək ki, iyunun 23-də keçirilən referendumda britaniyalılar krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib. (Axar.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.