Millət vəkili: "Çalışdım ki, hərbi komissarlığın diqqətindən birtəhər yayınıb keçim"

27-06-2016, 13:23           
Millət vəkili: "Çalışdım ki, hərbi komissarlığın diqqətindən birtəhər yayınıb keçim"
Özüm hərbi xidmətdə olmamışam. Bunun səbəbi səhhətimlə bağlı olub. Amma çox istəmişəm ki, hərbi xidmətdə olum.
Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

Millət vəkilinin sözlərinə görə, o, hətta bu məqsədlə hərbi tibbi komissiyanın üzvlərini aldatmağa da çalışıb: "O vaxt sovet dövrü idi, çalışdım ki, hərbi komissarlığın tibb komissiyasının diqqətindən birtəhər yayınıb keçim. Amma həkimlər diqqət yetirdilər və məndə olan problemi üzə çıxartdılar. Mən də hərbi xidmətə gedə bilmədim".

R.Rzayevin fikrincə, Vətənə xidmət bir şərəf məsələsidir: "Özüm hərbi xidmətdə ola bilməsəm də, çox istərdim ki, hər bir Azərbaycan oğlu hərbi xidməti özünə borc bilib, bunu böyük şərəf hissi ilə qəbul eləsin və gedib Vətənə qulluq eləsin. Təəssüf ki, bəzilərində bununla bağlı bəzi problemlər var. Hərbidə yox, hərbiyə getmək istəməkdə. Maşallah, Azərbaycan Silahlı Qüvvələri çox böyük inkişaf yolu keçib. Mən çox hərbi hissələrdə olmuşam. Əvvəlki illərlə müqayisədə müsbət dəyişikliklər həddən artıq çoxdur, gözəçarpacaq dərəcədədir".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru