Putin Qarabağa görə ABŞ və Fransa prezidentlərinə zəng vuracaq – KREML

27-06-2016, 16:04           
Putin Qarabağa görə ABŞ və Fransa prezidentlərinə zəng vuracaq – KREML
Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Sankt-Peterburqda prezident Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə keçirdiyi görüşün nəticələri haqda yaxın günlərdə Minsk Qrupunun digər həmsədrlərini məlumatlandıracaq. Virtualaz.org xəbər verir ki, bu haqda Kremldəki mənbə RİA Novosti-yə bildirib.
“Bizim rəhbər Minsk Qrupunun həmsədrlərini Piterdə Əliyev və Sərkisyanla keçirdiyi görüşün nəticələri haqda məlumatlandıracaq. Yaxın günlərdə. Telefon zəngləri edəcək”-mənbə deyib.

Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş iyunun 20-də keçirilib. Görüşün nəticələrinə dair birgə yazılı bəyanat yayılıb. Bəyanata əsasən tərəflər atəşkəsin monitorinqinin gücləndirilməsi üçün ATƏT sədrinin şəxsi nümayəndəsinin səhra köməkçilərinin sayının artırılması, münaqişənin həllinə dair danışıqların intensivləşdirilməsi barədə razılığa gəliblər. Azərbaycan prezidenti İlham Əliyev görüşdə əldə edilmiş nəticələr və müzakirələrin detalları haqda Silahlı Qüvvələr günü münasibətilə çıxışında geniş danışıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.