Nazir Qarabağa görə Ermənistana gedir

28-06-2016, 09:10           

Ştaynmayer həmkarı Edvard Nalbandyan və prezident Serj Sarksyanla görüşəcək.

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer 29-30 iyun tarixlərində Ermənistana səfər edəcək.

ANS PRESS-in məlumatına görə, Ştaynmayer iyunun 29-u axşam erməni həmkarı Edvard Nalbandyanla danışıqlar aparacaq, Ermənistan prezidenti Serj Sarksyanla görüşəcək.

Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, nazirin görüşlərində əsas mövzu Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun himayəsi altında nizamlanması məsələsi olacaq.

Frank-Valter Ştaynmayer iyunun 23-də Berlində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü zamanı Dağlıq Qarabağa səfər etmək niyyətində olduğunu bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru