Zahid Oruc cəzalandırıldı

28-06-2016, 16:10           

Bu gün Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.

teref.az publika.az-a istinadən bildirir ki, iclasda deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında baş vermiş mübahisəyə baxılıb.

Nəticədə 5 nəfər lehinə, 1 nəfər əleyhinə olmaqla Zahid Oruca töhmət verilib.

Qeyd edək ki, Milli Məclisin ötən həftə keçirilən növbədənkənar iclasında deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında mübahisə baş verib. Parlamentin sədri növbədənkənar iclasın son toplantısında baş verənlərə görə intizam komissiyasının sədri Ağacan Abiyevə Z.Orucun davranışları ilə bağlı araşdırma aparmağı və deputatın hərəkətlərinə qiymət verməyi tapşırıb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru