Deputatdan İstanbuladakı terrorla bağlı ilginc yorum

29-06-2016, 12:30           
Deputatdan İstanbuladakı terrorla bağlı ilginc yorum
Elşən Musayev: “Qərb Rusiya-İsrail-Türkiyə İttifaqına münasibət bildirir”

“Qərbin maskası yırtılıb. Artıq açıq oynayır. Ərdoğanın hər jestinə bir qarşılıq verir. Rusiya-İsrail-Türkiyə İttifaqına münasibət bildirir”. JAM.AZ xəbər verir ki, bu sözlər deputat Elşən Musayevin Facebook səhifəsində paylaşdığı statusundandır.
Deputat İstanbulda dünən gecə yaşanan dəhşətli terroru ilginc yorumlayıb. O bildirib ki, Atatürk hava limanı Avropanın ən ciddi qorunan strateji məkanlarından biridir. “Orada quş quşluğu ilə uça blməz, nəinki avtomatlı terrorist. Demək ki, aeroportun təhlükəsizlik xidmətinə aylar, ya da illər öncə emissar yerləşdirilib. Və bu gün "düymə" basılıb”.
Millət vəkili daha sonra yazıb ki, canlı bombalar (kamikadzelər) bütün hallarda psixotrop maddələrlə anlaqsız vəziyyətə gətirilən icraçılardır. “Onlar yalnız prosesin "icra-ölüm" mərhələsində istifadə olunur. Qətlin lokal planını quran əsl simalar isə çox güman terror anında yaralıları, ölüləri təcili yardım maşınına daşıyanların arasındadır”.
JAM.AZ xəbər verir ki, Elşın Musayev maraqlı bir məqama da toxunub. “Antalya da daxil digər istiqamətlərə birbaşa və transfer uçuşlarını həyata keçirən hava limanı son 6 ay ərzində ən gərgin qrafiklə məhz bu gün işləyib. "Gediş" terminalının seçilməsi də təsadüfi deyil: "23.00-23.50" - ara məsafəli uçuşlar "Atatürk"ün ana reysləri hesab olunur. Həmin radələrdə giriş qapısından uzanan növbələr qaçılmazdır və cinayətkar dəstə o təəsüratı yaratmaq istəyib ki, hadisə daxildən deyil, çöldən içəri nəql edilib.
Təyyarə uçuşları və giriş-çıxış hazırda bağlıdır. Və bu tam yalnış bir təhlükəsizlik strategiyasıdır. Nəzərə alsaq ki, terror olayı mil dəqiqliyində hesablanıb, o zaman "B" variantı da nəzərdən keçirilə və panik durumda hər an ikinci (növbəti) terror aktı törədilə bilər”.
Deputat qeyd edib ki, Türkiyəyə, Ərdoğana qarşı qurşaqdan aşağı oynayırlar. “Amansızca, ibliscə, vicdansızca. "Demokartik dünya" nın əsl sifəti budur!!!”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.