Putindən Ərdoğana başsağlığı zəngi - 40 dəqiqə danışdılar

29-06-2016, 15:57           

Türkiyə və Rusiya prezidentləri rus təyyarəsinin vurulmasından sonra ilk dəfə bir-biriləri ilə əlaqə saxlayıblar.

Qaynarinfo.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Telefon danışğı 40 dəqiqəyə yaxın davam edib. Danışıq zamanı Putin İstanbulun Atatürk hava limanında törədilən terror aktları nəticəsində ölənlərlə bağlı Türkiyə prezidentinə başsağlığı verib, yaralılara şəfa diləyib.

Qeyd edək ki, sözügedən danışığın olacağı barədə Kremlin mətbuat katibi Dmitriy Peskov məlumat vermişdi. O, danışığın Rusiya tərəfinin təşəbbüsü ilə baş tutacağını bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru