“Azərbaycan həmişə olduğu kimi, bu ağır günlərdə də Türkiyənin yanındadır” - Prezident İlham Əliyev

29-06-2016, 16:19           
“Azərbaycan həmişə olduğu kimi, bu ağır günlərdə də Türkiyənin yanındadır” - Prezident İlham Əliyev
Azərbaycan prezidenti İlham Əliyev iyunun 29-da türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

APA-nın məlumatına görə, dövlət başçısı İstanbulun Atatürk Hava Limanında törədilmiş dəhşətli terror aktı nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar Türkiyə prezidentinə, ölənlərin ailə üzvlərinə və Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.

Prezident İlham Əliyev terrorçuların çirkin əməllərini qətiyyətlə pisləyərək Azərbaycanın həmişə olduğu kimi, bu ağır günlərdə də Türkiyənin yanında olduğunu vurğulayıb. Türkiyə prezidenti isə göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru