Rusiya və Fransa prezidentləri razılığa gəldilər – Qarabağ münaqişəsinin həlli üzrə…

1-07-2016, 10:07           

Putin Ollandı Azərbaycan və Ermənistan prezidentləri ilə keçirilən üçtərəfli görüş barədə məlumatlandırıb

Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Fransua Ollandı Azərbaycan və Ermənistan prezidentləri ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə keçirilən üçtərəfli görüş barədə məlumatlandırıb.

“Report” xəbər verir ki, bu barədə cümə axşamı Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya və Fransa liderləri ümid etdiklərini bildiriblər ki, bu görüşdə əldə olunan nəticələr sülh prosesinin irəliləməsinə yardım edəcək. ATƏT-in Minsk qrupu çərçivəsində bu istiqamətdə fəal birgə işin davam etdirilməsi razılığa gəlinib”, — deyə Kremlin məlumatında qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru