ABŞ RUSIYA VƏ ÇİNİ TƏHLÜKƏ HESAB EDIR?

9-08-2023, 08:54           
ABŞ RUSIYA VƏ ÇİNİ TƏHLÜKƏ HESAB EDIR?
ABŞ Rusiya və Çin dəniz qüvvələrinin Alyaska yaxınlığında keçirdiyi hərbi təlimləri təhlükə hesab etmir

ABŞ Rusiya və Çin hərbi dəniz qüvvələrinin Alyaska sahillərində keçirdiyi təlimləri öz təhlükəsizliyinə təhdid hesab etmir.

Bu barədə jurnalistlərə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer məlumat verib.

“ABŞ hərbçiləri Sakit okeanın şimalında Rusiya-Çin dəniz patrullarını fəal şəkildə izləyir. Həmin təlimlər beynəlxalq sularda davam edir və təhlükə hesab edilmir. Bu, ABŞ Müdafiə Nazirliyinin qiymətləndirməsidir”, – ABŞ prezidentinin rəsmi nümayəndəsi jurnalistlərə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru