Ukraynada daha bir deputat “xaricdə istirahət”in qurbanı oldu – Hakim partiyanın üzvüdür...

9-08-2023, 00:11           
Ukraynada daha bir deputat “xaricdə istirahət”in qurbanı oldu –
Ukraynada qanlı müharibənin davam etməsinə baxmayaraq, ölkə parlamentinin bəzi üzvləri xarici ölkələrdə istirahət etməkdən vaz keçmək istəmirlər. Ən acınacaqlısı isə odur ki, əksər hallarda bunlar hakim “Xalqın xidmətçisi” partiyasının üzvləridir.

“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, parlamentdəki hakim fraksiyanın başçısı David Araxamiya deputat Boqdan Toroxtiyin fraksiyadan və partiyadan qovulacağını bəyan edib. O, həmçinin bu deputatın öz mandatından da imtina etməsini tələb edib.

Ukraynada müharibə dövründə məmurların bəzi istisna halları çıxmaq şərtilə ölkəni tərk etməsi qanunla qadağandır. Buna baxmayaraq, Toroxtiy bu qadağanı pozaraq, Bolqarıstana istirahətə gedib.

Araxamiya həmçinin bildirib ki, Toroxtiy ailəsi ölkənin varlı ailələrindən biri olmasına baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinə heç bir yardım göstərməyib və bu da azmış kimi, öz mülklərini dövlətə icarəyə verərək, bundan pul qazanmaqda davam edib. Araxamiya həmin vəsaitlərin də dövlətə qaytarılmalı olduğunu bildirib.

Qeyd edək ki, bundan öncə hakim partiyadan olan deputat Yuri Aristov da daxil olmaqla bir neçə tanınmış şəxs istirahət üçün ölkəni tərk etdiklərinə görə cəzalandırılıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.