İran məmurları "qara siyahı"ya salındı

9-08-2023, 09:44           
İran məmurları "qara siyahı"ya salındı
Kanada İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Bakupost.az xəbər verir ki, bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, rəsmi Ottava beynəlxalq sülh və təhlükəsizliyə təhdid hesab etdiyi fəaliyyətlərinə görə İranın bir sıra məmurlarını "qara siyahı"ya daxil edib.
Sanksiya tətbiq edilən şəxslər arasında İranın Ali Milli Təhlükəsizlik Şurasının Baş katibi Əli Əkbər Əhmədian, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri və Strateji Mərkəzinin keçmiş komandiri və digər yüksək səviyyəli İran rəsmiləri var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru