Zelenskinin Silvanı tənqid etməsi Kiyevin Ciddədəki uğursuzluğundan qaynaqlanır

9-08-2023, 00:14           
Zelenskinin Silvanı tənqid etməsi Kiyevin Ciddədəki uğursuzluğundan qaynaqlanır
Qlobal Cənubun bir çox ölkələri Ukrayna münaqişəsinin həllində Rusiyaya təhlükəsizlik zəmanətlərinin verilməsini zəruri hesab edirlər.
Ukrayna lideri Vladimir Zelenskinin Braziliya Prezidenti Luiz İnasiu Lula da Silvanın Ukrayna münaqişəsinin nizamlanmasında Rusiya Federasiyasına təhlükəsizlik zəmanətləri ilə bağlı sözlərinə mənfi reaksiyası Kiyevin Səudiyyə Ərəbistanında keçirilən görüşdə uğursuzluğunu təsdiqləyir.
Rusiyalı senator Aleksey Puşkov belə hesab edir.
"Zelenskinin Braziliyanın mövqeyinə qıcıqlanması Ciddədəki görüşün bəzi Qərb mediasının göstərməyə çalışdığı kimi, Ukrayna ilə həmrəylik nümayişinə çevrilmədiyinin daha bir sübutudur", – deyə siyasətçi özünün "Telegram" kanalında Zelenskinin Səudiyyə Ərəbistanındakı görüşdən sonra Lula da Silva haqqında tənqidi bəyanatlarını şərh edərkən yazıb.
Senatorun sözlərinə görə, Qlobal Cənubun bir çox ölkələri Ukrayna münaqişəsinin həllində Rusiya Federasiyasına təhlükəsizlik zəmanətlərinin verilməsini zəruri hesab edirlər.
Zelenskinin Lula da Silvanın Rusiya Prezidenti Vladimir Putinlə "razılaşmamalı" olduğuna dair bəyanatını şərh edən Puşkov vurğulayıb ki, Braziliya prezidentinin Ukrayna rəhbərinin bu cür məsləhətinə ehtiyacı yoxdur.
Xatırladaq ki, avqustun 5-6-da Ciddədə, Ukraynadakı vəziyyətin həlli üzrə, təxminən otuz ölkə nümayəndəsinin iştirak etdiyi məsləhətləşmələr keçirilib. Daha əvvəl xəbər verildiyi kimi, danışıqlar zamanı heç də bütün ölkələr Zelenskinin təklif etdiyi "sülh formulu" ilə razılaşmayıb.
Sputnik












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.