Sanksiyalara məruz qalan rusiyalılar və belaruslular İtaliyada yaşaya bilməyəcək

9-08-2023, 10:08           
Sanksiyalara məruz qalan rusiyalılar və belaruslular İtaliyada yaşaya bilməyəcək
İtaliya Avropa İttifaqının tövsiyəsi ilə Rusiya və Belarus vətəndaşları üçün “Investor Visa for Italy” proqramını dayandırıb.

Bu barədə İtaliyanın Müəssisələr və Məhsullar Nazirliyi öz saytındakı qısa notda elan edib.

İtaliyada Avropa İttifaqına daxil olmayan vətəndaşlar üçün “Qızıl viza” adlanan vizalar 2017-ci ildən verilməyə başlanıb ki, bu proqram çərçivəsində arzu edənlər investisiya müqabilində İtaliyada yaşayış icazəsi ala bilərdilər.

Avropa Komissiyası Ukraynada müharibə başlayandan sonra belə proqramları arzuolunmaz adlandırıb. Əsasən ona görə ki, sanksiyalara məruz qalan Rusiya və Belarus vətəndaşları bu cür proqramlar sayəsində Avropa İttifaqı ölkələrində məskunlaşa bilər.
Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru