İran Cənubi Koreyaya "xox" gəldi: "Ziyanınıza olacaq!"

9-08-2023, 15:24           
İran Cənubi Koreyaya "xox" gəldi: "Ziyanınıza olacaq!"
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fəda Hüseyn Mələki bildirib ki, İran Cənubi Koreyada bloklanan vəsaitlərin sərbəst buraxılması üçün bütün tədbirləri həyata keçirəcək.
Sfera.az İran mediasına istinadən xəbər verir ki, parlament rəsmisi Cənubi Koreyaya ultimatum göndərib.
“Biz dəfələrlə demişik ki, əgər bu 7 milyard dollar geri qaytarılmasa, İran boş oturmayacaq və bizim Cənubi Koreyanın ziyanına olacaq bir çox variantımız var. Onlardan mütləq istifadə edəcəyik”, – Maleki qeyd edib.

Bu açıqlamalar İran parlamentinin Cənubi Koreya ilə bloklanmış vəsaitlərlə bağlı mübahisəni beynəlxalq arbitraja vermək üçün qanunverici orqanın təsdiqini tələb edən, hökumət tərəfindən təqdim edilən qanun layihəsi ilə bağlı prosedurlara başlamasından bir neçə saat sonra verilib.

Maleki qanun layihəsinin Seulun İran vəsaitlərinin geri qaytarılması ilə bağlı dəfələrlə yerinə yetirilməmiş vədlərinə cavab olduğunu deyib.

“Koreyalılar dönə-dönə deyirdilər ki, ödəyəcəklər, lakin heç vaxt vədlərinə əməl etmədilər və bu, bir növ inamsızlıq yaratdı. Hökumət də parlamentdən kömək istəməli olduğu qənaətinə gəldi”, - siyasətçi bildirib.

Cənubi Koreya hakimiyyəti iddia edir ki, ABŞ-nin Tehrana qarşı sanksiyaları 2018-ci ildən əvvəl neft və neft məhsullarının alınması üçün ölkədəki əvəzedici bank hesablarına yatırdığı vəsaitlərin qaytarılması üçün beynəlxalq bank sistemindən istifadəni praktiki olaraq qeyri-mümkün edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.