Erməni “Xaçlılar” Laçınla sərhədə gəldi: Təxribata hazırlaşırlar - MÖHKƏM QAŞINIRLAR...
9-08-2023, 17:14
Ermənistanda “Xaçlılar” dəstəsinin üzvləri iyulun 26-dan Ermənistandan Qarabağa “humanitar yardım” adı altında göndərilən yük maşınlarının yerləşdiyi Gornuzor bölgəsinə çatıblar.
TEREF.AZ cebhe.info-ya istinadla xəbər verir ki, dəstəsinin başçısı Sarkis Poqosyan bunu bildirib ki, onların sayı 150-yə yaxındır.
“Burada sakitlikdir. Gəlin bir az dincələk və sülhməramlılarla danışıqlara başlayaq. Nəticə olmasa, biz yolu güclə açmalı olacağıq, lakin bu, ən ekstremal variantdır”, - Poqosyan əlavə edib.
Xatırladaq ki, avqustun 8-də “Xaçlılar” dəstəsinin üzvləri Ermənistan hökumətinin binası yaxınlığında etiraz aksiyası təşkil ediblər. Onlar Gornuzorda dayanmış maşınların Xankəndinə çatdırılması üçün Nazirlər Kabinetinə vaxt verib, əks halda güc tətbiq etməklə hədələyiblər. Hökumətdən heç bir cavab almadıqlarından gecə Kornidzor şəhərinə yola düşüblər.