"Batko" küncə sızışdırılır: Dörd ölkədən Lukaşenkoya sərt ittihamlar – Birgə bəyanat verdilər

9-08-2023, 16:49           
"Batko" küncə sızışdırılır:
Polşa, Litva, Estoniya və Latviya xarici işlər nazirləri Belarus Prezident Aleksandr Lukaşenko ilə bağlı birgə bəyanatla çıxış ediblər.

TEREF.AZ teleqraf.com-a istinadla xəbər verir ki, bəyanatda Aleksandr Lukaşenkonun 2020-ci il avqustun 9-da Belarusda keçirilən prezident seçkilərində saxtakarlıqla qalib gəldiyi bildirilir.

Nazirlərin fikrincə, son seçkilərdə Belarus xalqının demokratik istəkləri və hüquqları tapdalanıb:

“Qeyri-legitim rejimin cinayətkarlıqla hakimiyyəti ələ keçirməsi o vaxtdan bəri kütləvi daxili repressiyalar, müharibə cinayətlərində və təcavüzdə iştirak, Belarusun suverenliyinin sürətlə aşınması və regionda sabitliyin pozulması ilə nəticələndi”.

Açıqlamada Lukaşenko rejiminin üç ildir vətəndaşlara qarşı qeyri-insani təzyiqlər etdiyi iddia olunur.

“2022-ci ilin fevralından Lukaşenko rejimi Rusiyanın Ukraynaya təcavüzünün şəriki və birbaşa dəstəkçisi kimi çıxış edir. Belarus xalqının böyük əksəriyyətinin iradəsinə məhəl qoymayan rejim Moskvaya tam siyasi və maddi-texniki dəstək verir və Belarus ərazisinin Rusiya raketlərinin buraxılış poliqonu kimi istifadəsinə imkan yaradır. O, həmçinin bu yaxınlarda öz ərazisində minlərlə cinayətkar “Vaqner” muzdlusunu qəbul etməyə razılıq verib. Üstəlik, Lukaşenko rejimi ukraynalı uşaqların məcburi deportasiyasında iştirak edir və bununla da Beynəlxalq Cinayətlər Məhkəməsi tərəfindən mühakimə olunacaq hərbi cinayətlərdə birbaşa iştirak edir”, - bəyanatda vurğulanır.

Açıqlamada Minsk administrasiyasının beynəlxalq təhlükəsizliyə artan təhdid yaratdığı, üç ölkənin Belarus xalqının yanında olmağa davam edəcəyi deyilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.