“Paşinyan Praqada böyük səhv etdi” - Oskanyan
9-08-2023, 20:32

“Danışıqlara yanaşma dəyişdirilməlidir, çünki bu, ciddi təhlükə ehtiva edir. Bu gün bunun ehtimalı həqiqətən də mövcuddur. Əgər danışıqların məzmununu, fəlsəfəsini və rəvayətini lazımi anda dəyişdirə bilsək, bu, müharibə ehtimalını əhəmiyyətli dərəcədə azaldacaq”.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan yayımladığı videomüraciətdə deyib.
“Bu gün “Laçın dəhlizi”nin bağlanması daha çox Paşinyanın Praqadakı bəyanatı ilə bağlıdır. Paşinyan böyük səhv etdi, o səhvini etiraf edib, düzəltməlidir. Onun hazırkı situasiyadan çıxış edərək həmin bəyanatdan geri çəkilmək imkanı var. O, açıq şəkildə deyə bilər ki, mən nəyisə sınamışam, amma görürəm ki, rəqibimiz bundan sui-istifadə edir, mən o ifadədən geri çəkilirəm və buna haqqım da var. Paşinyanın açıqlamasına görə heç kim heç nə edə bilməz. Rusiya bu haqda artıq açıq şəkildə deyib, başqa necə deyə bilər? Onlar bildiriblər ki, Paşinyanın bəyanatı və onun altında imzası 9 noyabr bəyanatının bütün mahiyyətini xeyli dəyişib. Qərb bunu açıq demir, amma pərdəarxası görüşlərdə də eyni şeyi deyir
İstərdim ki, Ermənistan hakimiyyətinə Paşinyanın Praqa bəyanatını geri götürməyə çağırsın. Bu bəyanat böyük təlatüm yaradır”, – deyə o bildirib.