Nazim Bəydəmirli İlham Əliyevə müraciət edib - SABİQ DEPUTAT ÖZÜNÜ EKOLOGİYA MƏHBUSU ADLANDIRIR

10-08-2023, 17:44           
Nazim Bəydəmirli İlham Əliyevə müraciət edib -
Gədəbəy Rayonunun Söyüdlü kəndindəki aksiyada yerli sakinlərə dəstək verdiyi üçün həbs edilən rayonun sabiq deputatı Nazim Bəydəmirlidən xəbər var.

Sabiq deputatın vəkili Aqil Layicin Gununsesi.info-ya verdiyi məlumata görə, Bakı İstintaq Təcridxanasında onunla görüşüb:

“Nazim Bəydəmirli ilə istintaq təcridxanasında görüşdüm. Özünü ekologiya məhbusu hesab edir. Bildirir ki, həbsinin yeganə səbəbi Söyüdlüdə baş verən hadisələrdir və hazırki ona qarşı olan ittiham tamamilə cəfəngiyyatdır.

Qeyd etdi ki, Gədəbəydə qızıl zavodunun açılışı zamanı şəxsən ölkə başçısının tapşırığı ilə açılışda iştirak edib. Onun ekoloji təmizliyin qorunmasına dair mediadakı çıxışları, ölkə başçısının açılış zamanı və Söyüdlü hadisələrindən sonrakı çıxışı zamanı qeyd etdiyi nüanslarla üst-üstə düşür. Əgər onun təqsiri bundan ibarətdirsə, təqsirini boynuna alır.
Ölkə başçısına müraciət edərək bəyan edir ki, onun Söyüdlü ilə bağlı hadisələrdə heç bir əlaqəsi olmamışdır və ona verilən informasiya düzgün deyildir”.
Qeyd edək ki, Nazim Bəydəmirli bu olaylardan bir neçə gün sonra şikayətçisi olduğu işə görə həbs edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.