Rusiya-Türkiyə münasibətləri əvvəlki səviyyəyə qalxa bilməz — Millət vəkili

1-07-2016, 12:25           

Türkiyə ilə Rusiya arasında buzlar əriməyə başlayıb.

Artıq Putin iki dövlət arasında münasibətlərin yaxşılaşması üçün bir-neçə qadağanın aradan qaldırılması ilə bağlı tapşırıq da verib.

Türkiyə Rusiya münasibətləri bundan sonra necə olacaq?

Bu sualın cavabını millət vəkili Araz Əlizadə Ölkə.Az-a verib:

"Rusiya-Türkiyə münasibətləri düzəlməyə başlasa da, düşünmürəm ki, əvvəlki səviyyəyə qalxa bilsin. Siyasətdə daimi düşmən, daimi dost olmur. Siyasətdə daimi maraqlar olur. Türkiyənin də daimi maraqları var, Rusiyanın da. Hər iki dövlət öz maraqları çərçivəsində əməkdaşlıq edəcək".

Ərdoğan Putindən üzr istəyəndən sonra onu ölkə daxilində və xaricdə tənqid atəşinə tutdular. Bununla bağlı millət vəkili bildirdi ki, "Türkiyə Rusiya hərbi təyyarəsini vuranda yadıma gəlmir ki, Ərdoğanı məndən başqa kimsə tənqid eləsin. Ərdoğan səhv etdiyini anladı və üzr istədi".

Qeyd edək ki, Rusiya-Türkiyə münasibətlərinin pisləşməsinə səbəb, Türkiyənin Rusiyaya aid olan hərbi təyyarəni vurması olmuşdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru