Polşa Prezidenti: Rusiya Ukraynada nüvə silahından istifadə etməyəcək

11-08-2023, 00:04           
Polşa Prezidenti:
“Rusiya Ukraynada nüvə silahından istifadə etməyəcək. Düşünürəm ki, Rusiyanın nüvə arsenalı bir çox insanın kollektiv nəzarəti altındadır və nüvə silahından istifadə təkcə Putinin iradəsindən asılı deyil”.

APA xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda “The Washington Post” qəzetinə müsahibəsində deyib.

Polşa lideri Ukraynadakı müharibə mövzusuna toxunaraq bildirib ki, bu müharibədə Rusiya nüvə silahından istifadə etməyəcək, çünki bununla bağlı qərar bir nəfər tərəfindən verilmir. Duda qeyd edib ki, Ukraynada nüvə təhlükəsindən danışan zaman oradakı atom elektrik stansiyaları ilə bağlı yarana biləcək problemlər daha çox narahatlıq yaradır: “Düşünürəm ki, atom elektrik stansiyasında baş verə biləcək partlayışın təhlükəsi nüvə silahının tətbiqi ilə müqayisədə xeyli yüksəkdir”.

Polşa Prezidenti Ukrayna ordusunun silah təminatı məsələsindən də danışıb: “Ukrayna Silahlı Qüvvələri uzaqmənzilli artilleriya ilə təchiz olunub və hələ də mərmilər Kiyevə tədarük olunur. Demək olar ki, Ukrayna bu gün Rusiyadan qat-qat müasir hərbi potensiala malikdir, lakin burada diqqətçəkən məsələ başqadır. Böyük ehtimalla Ukraynanın müharibədə balansı dəyişmək və üstünlüyü əldə etmək üçün kifayət qədər silahı yoxdur. Biz bu qənaətə ona görə gəlirik ki, ukraynalılar hazırda rus qoşunlarına qarşı qətiyyətli əks-hücum etmək iqtidarında deyillər. Bir sözlə, onların daha çox köməyə ehtiyacı var”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.