İranın “dərin dövləti” öz ərazisində ekoloji fəlakətin böyüməsində niyə maraqlı olsun?

11-08-2023, 15:04           
İranın  “dərin dövləti” öz ərazisində ekoloji fəlakətin böyüməsində niyə maraqlı olsun?
Bir ölkənin “dərin dövləti” öz ərazisində ekoloji fəlakətin böyüməsində niyə maraqlı olsun?
Urmiya gölü sürətlə quruyur, əkinçiliyə və heyvandarlığa zərər dəyib, quruma nəticəsində duz qasırğalarının ətraf aləmə, o cümlədən Türkiyə və Naxçıvana mənfi təsiri olacaq. Deyək ki, Urmiya gölünün quruması İranın “dərin dövlətinin” vecinə deyil, əksinə Güney Azərbaycana, Azərbaycana və Türkiyəyə ekoloji prolemlərin yaranmasından faydalanmaq istəyirlər, ancaq axı bunun bir ucu özlərinə də toxunacaq.
Müxtəlif hesablamalara görə, duz qasırğası gölün 500 kilometr radiusunda yaşayan on milyonlarla sakinə təsir edəcək. İranda hər yeni gələn prezident Urmiya gölünün problemini həll edəcəyini vəd edir, bir az keçir, vədini yaddan çıxarır və ya “dərin dövlət” ona izah edir ki, “bu məsələyə qarışma!”.
Bu səbəbdən Tehran Urmiya gölünün ekoloji problemlərinin həlli məqsədilə beynəlxalq qurumların və ekspertlərin rəyini də qulaqardına vurur.
Elxan Şahinoğlu
TEREF.AZ












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru