Qarabağ haqqında məxfi planı yayan erməni jurnalist - "Bu Ermənistan üçün Levon Ter Petrosyanın devrilməsi ilə nəticələnən daha pisdir"

1-07-2016, 17:21           
Qarabağ haqqında məxfi planı yayan erməni jurnalist - "Bu Ermənistan üçün Levon Ter Petrosyanın devrilməsi ilə nəticələnən daha pisdir"
Hal-hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlarda əsas sənəd olan Kazan sənədləri 1997-ci ildə Heydər Əliyev və Levon Ter-Petrosyan arasında müzakirə olunan sənədlə çox oxşardır.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə erməni jurnalist Tatul Akobyan çıxış “Aravot” qəzetində çıxış edib.
Tutul Akobyan daha əvvəl 2011-ci ildə danışıqlar üçün əsas işçi sənəd sayılan Kazan sənədlərini dərc etmişdi.

“Hesab edirəm ki, Kazan sənədləri Levon Ter-Petrosyanın 1997-ci ildə təklif etdiyi və o zamanki baş nazir Robert Köçəryan, DİN naziri Serj Sarkisyan və Vazgen Sarkisyan tərəfindən qəzəbli şəkildə rədd edilən sənədlərə çox yaxındır. İndi yenilənmiş şəkildə masaya qoyulmuş Kazan sənədləri Azərbaycan tərəfindən rədd edilmiş əvvəlki Kazan sənədlərindən daha pisdir. Ter-Petrosyan planı ilə Lavrov-Putin planın oxşar cəhəti odur ki, Qarabağın statusunun müəyyən edilməsi qeyri-müəyyən vaxtadək ertələnmişdi.

Doğrudur, Rusiyanın təklifində bəzi üstünlüklər də var, referendumun keçirilməsi kimi. Lakin məlumdur ki, Azərbaycan bunu qəbul etmədiyindən mümkün deyil. 1997-ci ildə olduğu kimi Lavrov-Putin planında da statusla bağlı sual gələcəyə saxlanılır. Ərazi məsələsi eynən 1997-ci ildə Ter-Petrosyanın təklif etdiyi kimi həll olunur. Burada iki əmma var. Ermənistan və “DQR” hakimiyyəti Lavrov-Putin planını qəbul edəcəkmi? Çünki 1997-ci il sənədindən fərqli olaraq, dərc olunmayan, lakin mənim tanış olmağa imkan tapdığım yazılı mətnlərdə Kəlbəcərin qaytarılmasından söhbət getmir. Kəlbəcər məsələsi Laçın kimi gələcəyə saxlanılır və beş rayon qaytarılır” – Tatul Akobyan belə deyib.

Jurnalist bildirib ki, Ter-Petrosyan “Müharibə ya sülh? Düşünmək vaxtıdır” məqaləsində münaqişənin mərhələli həlli haqqında cəmiyyətə doğrunu deyib. O, məqalədə öz mövqeyini dəqiq şəkildə açıqlamışdı, səmimiliyi ucbatından da vəzifəsini itirdi.

“Serj Sarkisyan heç nə demir, heç kəs bilmir ki, o, beş il əvvəl Kazanda münaqişənin mərhələli şəkildə həlli ilə razılaşıb, yalnız “dördgünlük müharibə” və itkilərdən sonra Kazan sənədinin nə olduğunu etiraf etdi. Bundan başqa, Ter-Petrosyan mərhələli həll haqda məsuliyyəti hökumətin üzərinə qoymuşdu və dəqiq təsəvvür edirdi ki, bu onun şəxsi seçimidir. 1997-ci ildə fərqli olaraq, indiki prezident məsuliyyətdən necə qaçmağın yolu tapdı”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.