Rusiyanın “nüvə düyməsi”: Putinin bu məsələdə mütləq səlahiyyəti varmı?

12-08-2023, 11:44           
Rusiyanın “nüvə düyməsi”:
Rusiya Ukraynadakı müharibədə nüvə silahından istifadə etməyəcək.
Tribunainfo.az xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda “Washington Post” qəzetinə müsahibəsində bildirib.Onun fikrincə, Vladimir Putinin bu məsələdə mütləq səlahiyyəti yoxdur və hətta “nüvə düyməsinə basmaq” istəsə belə, ona sadəcə olaraq imkan verilməyəcək.

“Rusiya Ukraynada nüvə silahından istifadə etməyəcək. Həm də təkcə ona görə yox ki, Putin bundan istifadə etmir. Mən hesab edirəm ki, Rusiyadakı nüvə arsenalı bir çox insanların kollektiv nəzarəti altındadır və Putinin ixtiyarından asılı deyil. Beləliklə, qərar vermək üçün birdən çox adam lazım olacaq”, – Duda bildirib.
Polşa prezidenti qeyd edib ki, bu mənada onu “Ukraynada atom elektrik stansiyaları ilə bağlı mümkün problemlər daha çox narahat edir”. “Qorxuram ki, daha çox ehtimal olunan senari nüvə qəzası kimi bir şeydir. Fikrimcə, AES-də partlayış təhlükəsi nüvə silahının tətbiqindən qat-qat yüksəkdir”, – Duda əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.