Bakı hansı şərtlə Laçın dəhlizini açacaq? - AKTUAL

12-08-2023, 16:28           
Bakı hansı şərtlə Laçın dəhlizini açacaq? - AKTUAL
Azərbaycanın Ağdam yolunu ermənilərə təklif etməsi uzun zamandır müzakirə olunur. Hətta bir neçə gündür Moskvada bununla bağlı danışıqlar aparıldığı da qeyd edilir. Bu gün “Kommersant” qəzeti isə açıqlama yayıb ki, Ağdam-Xankəndi yolu açılacaq və bununla bağlı razılıq əldə olunub.

TEREF.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, Azərbaycan humanitar yüklərin, habelə Qarabağda yaşayan ermənilərin zəruri ehtiyaclarını qarşılamağa hazırdır. Bundan başqa, rəsmi Bakı bəyan edib ki, Qarabağa Ermənistandan hər hansı yükün girişinə icazə vermək niyyətində deyil. Çünki erməni tərəfi humanitar yük adı altında Qarabağa davamlı olaraq silah-sursat daşıyır. Hətta Bakı bununla bağlı konkret faktları və videogörüntüləri də təqdim edib.

Qeyd edək ki, Qarabağdakı separatçılar Ağdam-Xankəndi yolunun açılmasına qarşıdırlar. Hətta onlar bununla əlaqədar həmnin yolun üzərinə beton plitələr belə qoyublar. Bu gün isə separatçılar bildiriblər ki, onlar mövqelərində qalırlar. Onlar iddia edirlər ki, Azərbaycan tərəfinin Ağdam marşrutunu təklif etməsi, guya, “beynəlxlaq hüququn” pozulmasıdır.

Separatçılar Azərbaycanın yekun təklifini də açıqlayıblar. “Azərbaycan Laçın dəhlizini bir şərtlə açır ki, oradan yalnız müalicəyə ehtiyacı olan şəxslərin Ermənistana getməsinə və məhdud sayda humanitar yüklərin buraxılmasına icazə verəcək. Həmin yüklər də Azərbaycan tərəfindən yoxlanıldıqdan sonra onun buraxılıb, buraxılmamasına qərar veriləcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.