ABŞ İranın pul aktivləri üzərində qoyduğu qadağanı götürdü

13-08-2023, 00:05           
ABŞ İranın pul aktivləri üzərində qoyduğu qadağanı götürdü
ABŞ İranla məhbus mübadiləsi sazişi çərçivəsində Tehranın 6 milyard dollarlıq aktivlərini blokdan çıxarıb.

Bunu İran Mərkəzi Bankının sədri Məhəmməd Rza Fərzin deyib.

“Uğurlu diplomatiya sayəsində İranın Cənubi Koreyada olan bütün aktivləri artıq blokdan çıxarılıb” – deyə İran Mərkəzi Bankının sədri vurğulayıb.

Məhəmməd Rza Fərzin əlavə edib ki, tezliklə vəsaiti avroya çevirib Qətərdəki altı İran bankının hesablarına yerləşdiriləcəklər. Gələcəkdə isə vəsait sanksiya qoyulmayan malların alınması üçün istifadə olunacaq./Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru