Ukrayna İsraili "Ramştayn" qrupundan qovmağa hazırlaşır – Məxfi məlumatlar Rusiyaya ötürülür?

13-08-2023, 00:04           
Ukrayna İsraili "Ramştayn" qrupundan qovmağa hazırlaşır –
“Ukrayna İsraili "Ramştayn" Müdafiə Qrupundan çıxarmağı düşünür. “AzPolitika.info” xəbər verir ki, bu barədə “Kyiv Post” qəzeti yazıb. "Ramştayn" qrupuna NATO-nun 30 ölkəsinin və digər 24 ölkənin nümayəndələri daxildir. Onların hamısı Kiyevə hərbi yardım məsələləri ilə məşğuldur.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasındakı mənbələr jurnalistlərə bildiriblər ki, İsrail Ukraynaya hərbi yardım etməyib. Nəşrin həmsöhbətlərinin fikrincə, İsrail öz dar maraqları üçün "Ramştayn" formatında keçirilən görüşlərdə müzakirə olunan məsələlər haqda Rusiyaya məlumatlar ötürməsi ehtimalı var.

Bundan başqa, Kiyev iki ölkə arasında vizasız rejimin ləğvi imkanını nəzərdən keçirir.

Ukrayna Xarici İşlər Nazirliyi bu təşəbbüslə bağlı məlumatı olmadığını bildirib.

“Kyiv Post”da dərc olunan nəşr İsraildə ukraynalı qaçqınların pulsuz müalicəsinin dayandırılması ilə bağlı xəbərlər fonunda çıxıb. Eyni zamanda, İsrailin özü hər il yəhudilərin Yeni ilini qeyd etmək üçün Umana gələn minlərlə yəhudi zəvvar üçün təhlükəsizlik zəmanəti almağa çalışır. Bölgə daimi atəşə tutulduğuna görə, bu zəmanətləri vermək mümkün deyil”, mənbələr “Kyiv Post”a bildiriblər.

İsrail Rusiyanın Ukraynaya təcavüzünü pisləyib. Ölkə Kiyevə hərbi dəstək vermir, lakin mütəmadi olaraq humanitar və tibbi yardımla təmin edir.

İsrailin Baş naziri Benyamin Netanyahu dəfələrlə deyib ki, İsrail silahları hərbi əməliyyatlar aparan ölkələrə verilərsə, üçüncü şəxslər vasitəsilə İranın əlinə keçə və sonradan yəhudi dövlətinə qarşı istifadə oluna bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.