İran səfirindən “xəbərdarlıq mesajı”

13-08-2023, 11:01           
İran səfirindən “xəbərdarlıq mesajı”
Bu mavi cəvahiratın bütün 5 sahilyanı ölkəsi öz sağlamlıqları, təhlükəsizliyi, iqtisadiyyatı və regionu qorumaq naminə, istənilən rəydən asılı olmayaraq, vəziyyət daha da pisləşmədən bir həll yolu tapmalıdır.

Yenisabah.az xəbər verir ki, bunu İranın Azərbaycan Respublikasındakı səfiri Abbas Musəvi bildirib.

O, “xəbərdarlıq mesajı”nda həmsərhəd ölkələrə müraciət edib: "Xəzər ciddi şəkildə suyun tükənməsi və ekoloji fəlakət riski ilə üz-üzədir".

Səfir əlavə edib: "Bu mavi cəvahiratın bütün 5 sahilyanı ölkəsi öz sağlamlıqları, təhlükəsizliyi, iqtisadiyyatı və regionu qorumaq naminə, istənilən rəydən asılı olmayaraq, vəziyyət daha da pisləşmədən bir həll yolu tapmalıdır".

Bundan əvvəl İran Kosmik Təşkilatının sözçüsü Hüseyn Delirian peyk çəkilişləri əsasında dənizdən səviyyənin kəskin şəkildə azaldığını bildirib.

O əlavə edib: "Təxminən 10 illik bir dövrü əhatə edən və İran Kosmik Təşkilatının uzaqdan zondlama şöbəsi tərəfindən həyata keçirilən bu araşdırmalarda Xəzər dənizinin müxtəlif hissələri dəniz səviyyəsi baxımından dəyərləndirilib.

Bu araşdırmalar göstərir ki, Xəzər dənizinin şimal hissəsi son illərdə, xüsusən də son iki ildə suyun səviyyəsinin azalması və sahil xəttinin irəliləməsi ilə üzləşib.

Delirianın sözlərinə görə, İran sahillərində hazırda çoxlu dəyişikliklər baş verməyib. Yəqin ki, bu, dənizin yamacı və ya dərinliyi ilə əlaqədardır, ancaq dənizin su səviyyəsinin aşağı enməsi mühüm və ciddi məsələdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.