Qərb 100 tank verib: rus tanklarının sayı isə... - "Bild"

13-08-2023, 13:34           
Qərb 100 tank verib: rus tanklarının sayı isə... - "Bild"
Qərb ölkələri Ukraynaya 100-ə qədər tank və ümumiyyətlə az sayda silah verdilər ki, bu da əks-hücumun olduqca ləng getməsinin əsas səbəblərindən biri oldu.

Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

“Ukrayna və onun partnyorları çox optimist idilər və etiraf etməliyəm ki, mən də... Böyük mina sahələrini keçmək və Rusiyanın hava üstünlüyü bunu çox çətinləşdirir. Ukrayna ordusu əks-hücumlarla irəliləyir, lakin çox ləng..." - Almaniya Müdafiə Nazirliyinin əməliyyatlar qərargahının keçmiş rəhbəri Niko Lanqe deyib.

Qəzet qeyd edib ki, Rusiya silah sənayesi tam gücü ilə işləyir, cəbhəyə ayda 50 tank göndərir. Ümumən rusların Ukraynada 1000-dən çox tankı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru