"Şəxsən mən əminəm ki..."

2-07-2016, 09:46           
"Şəxsən mən əminəm ki..."
ATƏT regionunda hərtərəfli təhlükəsizliyin hər üç ölçüsü üzrə təhlükəsizlik və stabillik üçün problemlərin artığı bir zamanda ATƏT və ATƏT PA arasında güclü koordinasiya və əməkdaşlıq daha çox əhəmiyyət daşıyır.

teref.az Trend-ə istinadən bildirir ki, bunu ATƏT Parlament Assembleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini Azay Quliyev ATƏT PA-nın plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, məhz buna görə də mən, İslandiyalı həmkarım Steingrimsonun ATƏT PA və ATƏT arasında əməkdaşlığın gücləndirilməsinə yönəlik təşəbbüsü kimi hərtərəfli təhlükəsizliyə əsaslanan və ATƏT ərazisində mədəniyyət və əməkdaşlıq dialoqunun gücləndirilməsinə yönələn təşəbbüsləri yüksək qiymətləndirirəm.

"Dialoq gündəliyimizdə duran mürəkkəb problemlərin həlli üçün əsas elementdir. Dialoq dedikdə mən təkcə üzv-ölkələr arasında bərabər və səmimi dialoqu yox, həmçinin ATƏT institutları və sahə missiyaları arasında sıx əməkdaşlığı nəzərdə tuturam. Bu institutlar ATƏT-ə üzv olan bütün dövlətlər arasındakı dialoqun vasitəçisi rolunda çıxış edir və bütün dövlətlər bu institutlardan bəhrələnirlər. Bunu nəzərə alaraq, mən əminliklə deyə bilərəm ki, bizim Assambleya daxil olmaqla, bütün ATƏT strukturları fikir ayrılığı olan zaman birləşdirici körpü rolunu oynamalıdır və bunun üçün biz çox iş görməliyik", - deyə Azay Quliyev bildirib.

A.Quliyev bildirib ki, yeganə Pan-Avropa təhlükəsizlik təşkilatı kimi ATƏT-dən olan gözləntiləri doğrultmaq üçün ATƏT-in üç "səbəti" arasında bərabərhüquqluluq qorunmalı və gücləndirilməlidir: "Bundan başqa, biz, parlamentarilər olaraq, milli və beynəlxalq səviyyədə bütün məsələlərə kompleks yanaşmağa çalışmalıyıq".

Onun sözlərinə görə, qeyd olunanları nəzərə alaraq, mən bütün həmkarlarımı baxılmaqda olan qətnamə layihəsinin lehinə səs verməyə çağırır.

"İlk öncə, fürsətdən istifadə edib, belə bir mürəkkəb vaxtda ATƏT-in fəaliyyətdə olan sədri kimi uğurlu rəhbərliyinizə görə Sizə təşəkkür etmək istərdim. Mən həmçinin bügün Parlament Assambleyasının iclasında iştirak edərək geniş bəyanatla çıxış etdiyiniz üçün Sizə minnətdaram. Bu bir daha ATƏT PA çərçivəsindəki fəaliyyətimizin əhəmiyyətini vurğulayır və bölgədə sülh və təhlükəsizliyin qorunması üçün ATƏT-in işinə töhfə verməyimiz üçün əlavə stimul yaradır", - deyə A.Quliyev bildirib.

Onun sözlərinə görə, uzunsürən münaqişələrin həllinin Almaniyanın ATƏT-dəki sədrliyinin prioreti istiqaməti kimi elan etməsi və bu mövzuda Almaniya dövlətinin bir sıra təşəbbüslə çıxış etməsini olduqca müsbət qarşılayıram.

"Şəxsən mən əminəm ki, ATƏT PA Sizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindəki mövcud statu-kvonun təhlükəli və qəbuledilməz olduğuna dair bəyanatınızı dəstəkləməlidir.

Sizin bügünki toplantıda iştirakınızı nəzərə alaraq, mən Sizdən bölgədəki təhlükəsizliyə və sabitliyə ən böyük təhdidlərdən biri olaraq qalan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesini qiymətləndirməyi xahiş edirəm. Ermənistan və Azərbaycanda keçritdiyiniz görüşlər zamanı Siz münaqişənin həlli üçün əsaslı görüşlərin vacibliyini vurğuladınız. Siz davamlı olaraq və açıq şəkildə bildirdiniz ki, mövcud qəbuledilməz və dayanıqsız status kvo şəraitində, yalnız effektiv və əsaslı danışıqlar vəziyyətin daha da kəskinləşməsinin qarşını ala bilər.

Bu kontekstdə münaqişə tərəflərinin bu cür danışıqlara nə dərəcədə hazır olması haqqında Sizin fikirləriniz bilməyə olduqca məmnun olardıq. Və əgər münaqişənin bir və ya hər iki tərəfində bu hazırlıq yoxdursa, fikrinizcə, bunun əsas səbəbi nədir?", - deyə sədr müavini qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.