Xrenindən şok: Planet dünya savaşı astanasındadır…

16-08-2023, 16:34           
Xrenindən şok: Planet dünya savaşı astanasındadır…
Bir çox ölkələr öz müstəqilliklərini və suverenliyini müdafiə edərək Qərbə qarşı mübarizəyə qoşulublar.

Axar.az xəbər verir ki, bunu Belarus müdafiə naziri Viktor Xrenin deyib.

“Bu gün bu mübarizə Ukrayna ərazisində Qərblə Şərqin qlobal qarşıdurması ilə nəticələnib. Eyni zamanda, orada baş verən proksi müharibə əslində planeti Üçüncü Dünya müharibəsinin astanasına gətirib. Qərbi genişmiqyaslı müharibəyə başlamaqdan saxlayan yeganə şey nüvə təhlükəsidir. Təsadüfi deyil ki, Belarus taktiki nüvə silahlarının öz ərazisinə qaytarılmasını strateji çəkindirmənin effektiv amili hesab edir. Gələcəkdə NATO ilə birbaşa hərbi toqquşma ehtimalı çox açıq görünür”, - Xrenin bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru