Polşa 2035-ci ilə qədər silahlı qüvvələrinin sayını 300 minə çatdırmağı planlaşdırır

2-09-2023, 12:54           
Polşa 2035-ci ilə qədər silahlı qüvvələrinin sayını 300 minə çatdırmağı planlaşdırır
Polşa 2035-ci ilə qədər peşəkar hərbçilər və könüllülərlə silahlı qüvvələrinin sayını 300 minə çatdırmağı planlaşdırır. Lesia Bakaletsin xəbər verdiyinə görə, Rusiyanın qonşu Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi cəmiyyətin bütün təbəqələrindən olan polyakları könüllü kimi qeydiyyatdan keçməyə sövq edib.

Polşa Ərazi Müdafiə Qüvvələrinə müxtəlif ixtisaslardan insanlar - professorlar, media işçiləri, iş adamları və tələbələr könüllü olaraq qoşulur. Bu, Polşa Silahlı Qüvvələrinin beşinci və ən gənc qoludur. Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri orduya maraq artıb. Olqa Krawczyk-Majeran: "Ukraynadakı müharibə bizə Ukraynadakı oxşar qüvvələrin çox böyük rolunun olduğunu göstərdi. Bizim özümüz niyə ordu həyatına girməyək?"

5-ci Mazovets Ərazi Müdafiə Briqadasının komandir müavini, polkovnik-leytenant Qjeqorj Podolşanski deyir ki, onun briqadasında təlimlərə tələb artıb. "Bu il 800 əsgər cəlb etməyi və təlim keçməyi planlaşdırırdıq. Amma iyun ayına qədər 200 könüllü divarlarımızın arxasında gözləyəndə və eyni zamanda şərq sərhədinin o tayında nə baş verdiyini bildiyimiz üçün biz təlimlərdə olan əsgərlərin sayını iki yüz nəfər artırdıq və hədəfimiz 1100-ə çatmaqdır".

Ərazi müdafiəsinə qoşulmaq üçün əsas tələblər ən azı 18 yaş və Polşa vətəndaşı olmaqdır.

Sebastyan Nikityukun 19 yaşı var, o, yayın bir hissəsini təlimlərdə keçirmək qərarına gəlib. "Mən indi tətildəyəm. Məktəbi bitirməyimə daha bir il var. Məzun olduqdan sonra kiber-təhlükəsizlik üzrə təhsil alaraq, peşəkar hərbçi olmağı planlaşdırıram".

Nikityuk 5-ci Mazoviya Ərazi Müdafiəsi Briqadası üçün 16 günlük əsas təlimdən sonra mürəkkəb yekun imtahan verən 80 nəfərdən biridir. Testlər atış və ilk yardımdan tutmuş, taktiki məşqlərə kimi doqquz hissədən ibarətdir.

İşə qəbul edilənlərdən biri də yük maşını sürücüsü Kamil Strzalkovskidir. O, testlərin hamısını keçəcəyinə əmindir. "Fiziki cəhətdən bu məşqlər çətindir. Xüsusilə də kimsə formada deyilsə. Amma 35 yaşıma baxmayaraq, bunun öhdəsindən yaxşı gələ bilərəm".

İşə qəbul edilənlərin heç biri öz işini tərk etməməlidir. Ərazi müdafiə xidməti insanlara mülki və hərbi həyatlarını birlikdə idarə etməyə imkan verir. Əsgərin tam və ya yarım ştatlı əsgər olmaq seçimi var. Olqa Kravçuk-Maxeran: "Onlar hər ayın bir həftə sonu iki gün ərzində bölməyə gəlmək və məşq etmək məcburiyyətindədirlər. Amma qalan vaxt onlar əsasən öz mülki həyatlarını istədikləri kimi yaşaya bilər. Və biz hər zaman tapşırılan hər şeyi etməyə hazır olmalıyıq".

Kravçuk-Maxeran belə xidmət edir. O, ordu vəzifələrini son dörd ildə televiziyadakı işi ilə birləşdirib. O, Polşa-Belarus sərhədindəki mövcud vəziyyəti və Ukraynadakı müharibəni nəzərə alaraq, Ərazi Müdafiə Qüvvələrinə qoşulmağın düzgün qərarı olduğunu deyir. "Özümü hazır hiss edirəm, məndə özümü daha təhlükəsiz hiss edəcəyim hərbi keçmişim var. Hazırkı vəziyyətin öhdəsindən gələ biləcəyimi hiss etmək mənim üçün vacibdir".

Hazırda burada 37 min əsgər xidmət edir. Onların 90 faizi yarım-ştatdır. Rəsmilər qarşıdakı bir neçə ildə bu rəqəmi 50 minə çatdırmağı düşündüklərini deyirlər. Ümumilikdə, Polşa 2035-ci ilə qədər silahlı qüvvələrini iki dəfə artıraraq, 300 minə çatdırmağı planlaşdırır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.