Zelenskinin ABŞ-yə səfər proqramı təsdiqlənib

2-09-2023, 12:38           
Zelenskinin ABŞ-yə səfər proqramı təsdiqlənib
Ukrayna Prezidenti Volodimir Zelenski bu ay Nyu-Yorka gedəcək.

Bunu Albaniyanın BMT-dəki daimi nümayəndəsi Fərid Xoca təşkilatın Nyu-Yorkdakı baş qərargahında sentyabr ayı ərzində BMT Təhlükəsizlik Şurasının (TŞ) gündəliyi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, Zelenski BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak edəcək və BMT Baş Assambleyasında çıxış edəcək. O əlavə edib ki, Zelenskinin BMT-yə səfər proqramı dəqiqləşib. O, BMT baş katibi Antoniu Quterreşlə və bir çox ölkənin liderləri ilə görüşəcək.

Qeyd edək ki, BMT TŞ-yə sədrlik ABŞ-dən Albaniyaya keçib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.