Ərdəbilin imam-cüməsinin BAŞI QAÇIB... - Əslində əvvəlindən belə idi...

2-09-2023, 18:56           
Ərdəbilin imam-cüməsinin BAŞI QAÇIB... - Əslində əvvəlindən belə idi...
İsrailin Azərbaycandakı səfiri Corc Dikin çıxışları qadağan edilməlidir.

TEREF.AZ axar.az-a istinadla xəbər verir ki, bu tələblə Əli Xaməneinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbil şəhərinin cümə imamı Həsən Amuli çıxış edib.

“İsrailin Azərbaycandakı səfiri hər dəfə danışanda İsrail üçün böyük fəlakət yaradır. Əgər İsrail Xarici İşlər Nazirliyi öz maraqlarına həssasdırsa, onun müsahibə verməsini qadağan etməlidir”, - o bildirib.

Ərəb ölkələri ilə İsrailin münasibətlərinin normallaşdırılması prosesinin başlamasından narahat olan Həsən Amuli İsraili aparteid siyasəti yürütməkdə, hər gün ərəbləri təhqir etməkdə ittiham edib.

O, dolayı yolla Azərbaycan Respublikasına qarşı da ittihamlar səsləndirib.

“İslamçı ağsaqqalları həbs edən və həbsxanaları islamçılarla dolu olan rejimin dini müxtəliflik və demokratiyadan danışmağa haqqı yoxdur”, - Həsən Amuli deyib.

Qeyd edək ki, Amuli bir müddət əvvəl Livana səfər edərək, “Hizbullah” terror təşkilatının baş katibi şeyx Həsən Nəsrullahla görüşüb. Fələstin terror təşkilatlarının rəhbərlərinin də iştirak etdiyi görüşlərdə tərəflər İsrailin bölgədəki ölkələrlə münasibətlərinin normallaşması və genişlənməsindən narahatlıqlarını ifadə ediblər.

Həsən Amuli əslən Livanın cənubunda yerləşən Cəbəl Amul bölgəsindəndir. Bu səbəbdən çıxışlarında ərəb təəssübkeşliyinin islam təəssübkeşliyindən daha çox olduğu özünü göstərir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.