Tramp və Bayden potensial seçicilərdən bərabər dəstək alıblar

3-09-2023, 10:57           
Tramp və Bayden potensial seçicilərdən bərabər dəstək alıblar
“The Wall Street Journal”ın sentyabrın 2-də nəticələri dərc olunan sorğusuna əsasən, amerikalıların 46%-i ABŞ-ın hazırkı Prezidenti Cozef Baydeni və eyni sayda – onun sələfi Donald Trampı dəstəkləməyə hazırdır.

“Report”un məlumatına görə, respondentlər yalnız bu iki namizəd arasında seçim edə biliblər. İştirakçıların qalan 8%-i seçimlərində qərarsız olublar.

Sorğuda alternativ variantlar olduğu halda rəyi soruşulanların 40% Trampa, 39% isə Baydenə səs verib. Digər 17% respondent isə cavab verməkdən çəkinib.

Araşdırma avqustun 24-dən 30-dək qeydə alınmış 1,5 min seçici arasında aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru