Macarıstan qaçqınları Ukraynaya qaytarmayacaq - Baş nazir

26-09-2023, 00:06           
Macarıstan qaçqınları Ukraynaya qaytarmayacaq - Baş nazir
Macarıstan hakimiyyəti Ukraynanın tələbini yerinə yetirmək və qaçqınlar arasından hərbi yaşlı kişiləri bu ölkəyə geri göndərmək niyyətində deyil.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu yay tətilindən sonra işini bərpa edən milli parlamentdə çıxış edən respublikanın baş naziri Viktor Orban deyib.

“Macarıstan hökuməti Ukrayna hökumətinin tələbini yerinə yetirməyəcək və heç kəsi bu payızda Ukraynaya qayıtmağa məcbur etməyəcək”, – Orban Kiyevin qonşu ölkələrə qaçqınlar arasında olan çağırışçıları geri qaytarmaq cəhdləri ilə bağlı deyib.

Baş nazir həmçinin qeyd edib ki, Budapeşt müharibəyə qarşıdır və Brüssel və Vaşinqtonun təzyiqlərinə baxmayaraq, Ukrayna ordusuna dəstək üçün Avropa İttifaqından əlavə vəsait ayırmağı planlaşdırmır. Onun sözlərinə görə, onlar Macarıstandan müharibədə iştirak etməsini, silah tədarük etməsini, Ukraynaya daha çox pul verməsini və ya heç olmasa ümumi səylərə töhfə verməsini istəyirlər ki, Brüssel bundan sonra ukraynalılara pul verə bilsin.

"Lakin Macarıstan bunu etmək niyyətində deyil, çünki Aİ liderlərinin ilk xahişi ilə “Bəli!” deyən ölkələr klubunun bir hissəsi deyil”, - Orban vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru