Rusiya hakimiyyətinin daxilində gedən savaş asta-asta üzə çıxır

30-09-2023, 09:34           
Rusiya hakimiyyətinin daxilində gedən savaş asta-asta üzə çıxır
Belə görünür ki, dünən Ramzan Kadırovu, bu gün isə Vaqner komandiri Andrey Troşevi Kremldə qəbul edən Putin Priqojinin qətlindən sonra yenidən revanş götürmək istəyir.
Təbii ki, siyasi qərarların qəbuluna təsirini artıran ordu generallarına qarşı. 6 gün əvvəl Malidə 140 Vaqner quldurunun həyatına son qoyan təyyarə "qəzası", ondan əvvəl Suriyada baş verən ordu-Vaqner qarşıdurması və daha əvvəl Ramzan Kadırovun səhhəti ilə bağlı yayılan şaiyələr buna təkan verə bilərdi.
Putin özünə sadiq quldur dəstələrini səfərbər etməyə çalışır. İndi yəqin ki, ordu rəhbərliyinə qarşı atılacaq addımlar ərəfəsində daha bir quldur dəstəsi olan "Rosqvardiyanın" komandanı Viktor Zolotov da Kremldə görünəcək.
Rusiya hakimiyyətinin daxilində gedən savaş asta-asta üzə çıxır. Bir azdan sonra müəmmalı ölümlər, qəzalar və ardınca da açıq silahlı qarşıdurmalar başlasa buna təəccüblənmək lazım deyil.
Bu, hadisələrin məntiqi davamı olacaq.
Ərəstun Oruclu
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.