Yaxın Şərqə səfərində Blinken mülki vətəndaşların qorunmasının vacibliyini vurğulayır

15-10-2023, 11:08           
Yaxın Şərqə səfərində Blinken mülki vətəndaşların qorunmasının vacibliyini vurğulayır
ABŞ Dövlət Katibi Antoni Blinken Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhmməd bin Zayed əl Nəhyanla Əbu-Dabidə görüşüb.

ABŞ Dövlət Departamentinin yaydığı məlumata əsasən Blinkenin görüşdə məqsədi ötən həftəsonu “İsrailə qarşı terrorist hücumu”nu müzakirə etmək olub.

Blinken BƏƏ-nin HƏMAS-ın hücumlarını pisləməsindən və münaqişənin yayılmasının qarşısını almaq üçün göstərdiyi diplomatik səylərdən məmnunluğunu ifadə edib.

Əbu-Dabiyə səfərdən öncə ABŞ-ın baş diplomatı Səudiyyə Ərəbistanında Qəzza Zolağı ətrafında baş verənləri səudiyyəli tərəfdaşları ilə müzakirə edib.

Blinkenin Yaxın Şərqə səfəri ABŞ-ın mövcud münaqişənin yayılmasının qarşısını almaq üçün göstərdiyi intensiv diplomatik səylərin tərkib hissəsidir.

Riyad şəhərində Səudiyyə xarici işlər naziri Şahzadə Feysəl bin Fərhanla görüşən Blinken savaş əsnasında yaranmış humanitar böhranı aradan qaldırmaq yollarını müzakirə edib.

Blinken həmçinin çinli həmkarına telefon edərək bu mövzuda onunla danışıb. Çin xarici işlər naziri Uanq Yi ilə danışan Blinken Pekini bölgədəki nüfuzundan istifadə edərək münaqişənin yayılmamasına yardımçı olmağa çağırıb.

ABŞ Dövlət Katibi Antoni Blinken İbrahim Ailə Evində məram divarında "Zülməıtdə işıq" yazıb. Əbu Dabi, BƏƏ. 14 oktaybr, 2023.
Onun səyləri İsrailin Qəzzada yaşayan fələstinlilərə cənuba köçməyi və HƏMAS-ın insanlara öz evlərində qalmasını deməsindən sonra bölgədəki fələstinli mülki vətəndaşların durumu ilə bağlı artan beynəlxalq narahatlıqları əks etdirir.

Bayden administrasiyası HƏMAS-ın bir həftə öncəki hücumundan sonra İsraili ictimai şəkildə hansısa ölçülərdən çəkinməyə çağırmasa da, Birləşmiş Ştatlar müharibə qaydalarına riayət olunmasının vacibliyini vurğulayıb.

Səudiyyə Ərəbistanı və BƏƏ liderləri ilə görüşlərində Blinken humanitar yardımın və Qəzzanı tərk etmək isəyən insanlara təhlükəsiz çıxış verilməsinin vacibliyindən danışıb.

Blinken Səudiyyə Ərəbistanına qayıtmağı, bazar günü Misirdə dayanmağı planlaşdırır. O, artıq İsrail, İordaniya, Qətər, və Bəhreyndə olub.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.