Misir fələstinlilərin Qəzzadan Sinaya keçməsinin əleyhinə olduğunu bildirib

15-10-2023, 11:34           
Misir fələstinlilərin Qəzzadan Sinaya keçməsinin əleyhinə olduğunu bildirib
Xarici pasporta sahib fələstinli qadın Misirə yolun açılması ümidi ilə Rəfah keçid məntəqəsində gözləyir.
Misir şimalda Qəzza ilə sərhədindən fələstinli qaçqın axını ehtimalı ilə üzləşdiyi bir vaxt, Misir prezidenti Abdel Fəttah Əl-Sissi ölkəsinin fələstinlilərin Qəzza Sinaya yerləşdirilməsinə qarşı uzun-müddətli mövqeyini təkrarlayıb.

Misir və İsrailin HƏMAS-ın nəzarət etdiyi bölgədə ilişib qalan ABŞ vətəndaşlarının ərazini etmələrinə imkan vermək üçün şənbə günü Qəzza ilə Misir ərazisi arasında Rəfah sərhəd keçird məntəqəsini açmaq üzərində razılıq əldə etdiyi deyilir.

Ancaq İsrail Qəzza boyu hərbi əməliyyatlarını davam etdiyi bir vaxt, Qəzzanın digər sakinlərinin Misirə daxil olmasına dair heç bir razılıq yoxdur.

Sissi cümə günü fələstinlilərin onları Qəzzan tərk etməyə məcbur etmək səylərinə müqavimət göstərməli olduqlarını təkid edib.

O deyib ki, fələstinlilərin məsələsi bütün ərəblər üçün əzizdir və bütün fələstinlilər möhkəm olmalı və öz torpaqlarında qalmalıdırlar.

Bu həftənin əvvəlində İsrailin hərbi komandiri polkovnik Riçard Hekt Qəzzadakı fələstinliləri “Qəzzadan çıxmağa” və Misirə üz tutmağa çağırıb. İsrail Müdafiə Qüvvələri daha sonra bəyanat yayaraq İsrail tərəfindən Qəzza sakinlərinin Misirə daxil olmasına "rəsmi çağırış" olmadığını bildirib.

Misir Parlamentinin üzvü Mustaa Bakri şənbə günü Səuddiyə Ərəbistanının Al-Arabiya televiziyasına bildirib ki, Misir “həm İsrailə, həm başqa beynəlxalq tərəflərə xəbərdarlıq edib ki, fələstinliləri Sinaya yerləşdirməyə çalışmaq səylərinə qarşı mübazirə aparacaq.” O iddia edib ki, fələstinliləri Sinaya yerləşdirmək və Misir ərazisindən fələstinlərin vətəninin bir hissəsi kimi istifadə etmək üçün onillərdir bir plan mövcuddur.

Paris Universitetində politoqoliya üzrə dərs deyən Xəttar Əbu Diab Amerikanın Səsinə deyib ki, İsrailin ölkənin hazırda 170 milyard dollar olduğu təxmin edilən borcunun bir hissəsini silmək müqabilində fələstinliləri Sinaya yerləşdirmək planının olduğunu sabiq Misir Prezidenti Hüsnü Mübarək iddia edib.

Misir-Yaponiya Universitetinin sülh araşdırmaları üzrə müəllimi Səid Sadek deyib ki, Misir “Sinayda çox sayda fələstinli görmək istəmir, çünki onlar Misir torpağından İsrailə atəş açsa, bu, bu mühüm turist zonasında qeyri-sabitliyə səbəb ola bilər.”

Sadek həmçinin deyib ki, Misirdə çox sayda fələstinlinin mövcudluğu “İsraillə sülhü dəstəkləyən misirlilərlə yəhudi dövlətinə qarşı döyüşmək istəyənlər arasında çaxnaşma yarada bilər.”

Misir mətbuatı son günlərdə Rəfah sərhəd keçid məntəqəsində hərəkət dayandırıldığı bir vaxt, İsrail ordusunun Misirlə Qəzza arasında sərhəd yaxınlığına ara-sıra zərbələr endirdiyini bildirib. Misir Qəzzaya yardım göndərmək istəyən ölkələri yardımları yaxınlıqda El-Arişə göndərməyə çağırıb ki, onlar keçid məntəqəsi açılandan sonra yük maşınları ilə sərhədə çatdırılsın.

Fələstinlilər 2008-ci ildə İsrailin Qəzzada aprdığı hərbi əməliyyat zamanı Misirlə Qəzza arasındakı sərhəd hasarını bulldozerlə dağıdıblar və yüzlərlə fələstinli Misirin şimalında Sinaya daxil olub. Həmin hadisə Misirdə Qəzzadakı fələstinlilərin Misir ərazisinin bir ərazisini ələ keçirib, Misir torpağında qalacaqlarına dair davamlı bir narahatlığa səbəb olub.

Bir çox ərəb lider Qəzzadak fələstinliləri ərazini tərk etməməyə çalışmağa çağırıb və Ramallahda qərargahlanan fələstinli baş nazir Məhəmməd Ştayyed də cümə günü mətbuat konfransı zamanı HƏMAS-ın nəzarətində olan Qəzza sakinlərinə ərazini tərk etməməyə çağırıb.

İordaniyanın xarici işlər naziri Ayman Səfədi də şənbə günü Əmmanda mətbuat konfransı zamanı ölkəsinin fələstinlilərin İordaniiyaya qaçmalarına icazə verməyəcəyini deyib.

O deyib ki, Krall II Abdulla bildirib ki, fələstinliləri vətənlərindən qaçmağa məcbur etmək onun qəbul etməyəcəyi “qırmızı xətt”dir.

Səfədi xəbərdarlıq edib ki, Qəzzada baş verənlər “bütöv regionun təhlükəsizliyi və sabitliyini təhdid edir.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.