İran İsrailə qarşı hərbi əməliyyatlara qoşula bilər – ABŞ bölgəyə ikinci təyyarədaşıyan gəmi göndərib

16-10-2023, 00:01           
İran İsrailə qarşı hərbi əməliyyatlara qoşula bilər –
İran hakimiyyəti İsrailin Qəzza zolağında hərbi əməliyyatları dayandırmayacağı təqdirdə HƏMAS-a dəstək verməyə hazır olduğunu açıqlayıb. “The Jerusalem Post” yazır ki, Tehranın bu xəbərdarlığı BMT vasitəçiliyi ilə İsrailə çatdırılıb. İsrail komandanlığı İranın müdaxiləsinin Livanın cənubunda və Suriyada Hizbullah radikal qruplaşması tərəfindən müharibənin “ikinci cəbhəsi”nin açılmasından ibarət olacağını güman edir.

Şənbə günü İranın xarici işlər naziri Hüseyn Abdullahiyan Beyrutda BMT-nin Yaxın Şərqdə sülh üzrə koordinatoru Thor Vennesland ilə görüş keçirib. Bundan sonra o, HƏMAS liderlərindən biri İsmayıl Haniyə ilə görüşüb. Nazir HƏMAS-ın hücumlarını “Fələstin torpaqlarının yenidən azad edilməsi istiqamətində tarixi qələbə” adlandırıb və bu qrupla əməkdaşlığı davam etdirəcəyini vəd edib.

İranın BMT-dəki nümayəndəsi X sosial şəbəkəsindəki hesabında yazıb: “İsrailin hərbi cinayətləri və soyqırımı dərhal dayandırılmasa, BMT Təhlükəsizlik Şurasının məsuliyyət daşıyacağı genişmiqyaslı nəticələrə gətirib çıxara bilər”.

İsrail isə Qəzza zolağında HƏMAS yaraqlılarını məhv etmək üçün genişmiqyaslı quru əməliyyatına hazırlaşmağa davam edir. Bölgədə yaşayan mülki şəxslərə cənuba, Misirlə sərhədə daha yaxın ərazilərə təxliyə edilmələri tövsiyə olunur. On minlərlə insan artıq evlərini tərk edib. Misirin Qəzza zolağı ilə sərhəddə humanitar yardım aparan yük maşınlarının karvanları var, lakin Misir hələ də yeganə keçid məntəqəsini açmayıb.

İsrail bu gün yerli vaxtla səhər saat 10:00-dan 13:00-a kimi Qəzza zolağının cənubuna humanitar dəhliz açacağını bildirib.

ABŞ İsrail sahillərinə ikinci təyyarədaşıyan qrupunu göndərib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.