Bayden Abbasa ABŞ-nin Qəzza zolağına humanitar yüklərin çatdırılması üzərində işlədiyini bildirib

16-10-2023, 08:54           
Bayden Abbasa ABŞ-nin Qəzza zolağına humanitar yüklərin çatdırılması üzərində işlədiyini bildirib
ABŞ Prezidenti Cozef Bayden fələstinli həmkarı Mahmud Abbasla telefon danışığında Vaşinqtonun Yaxın Şərq ölkəsinin Qəzza zolağına humanitar yüklərin çatdırılması ilə bağlı bölgədəki tərəfdaşları ilə işlədiyini bildirib.

Cebhe.info xəbər verir ki, bu barədə amerikalı siyasətçi sosial şəbəkədə yazıb.

“Fələstin Administrasiyası Prezidenti Abbasla söhbətimdə HƏMAS-ın İsrailə hücumunu pisləyərək vurğuladım ki, HƏMAS Fələstin xalqının ləyaqətini və öz müqəddəratını təyinetmə hüququnu müdafiə etmir. Onu əmin etdim ki, Qəzzaya humanitar yüklərin axınını təmin etmək və münaqişənin böyüməsinin qarşısını almaq məqsədilə regiondakı tərəfdaşlarımızla işləyirik”, - dövlət başçısı qeyd edib.

Qeyd edək ki, Mahmud Abbas Fələstin Dövlətinin birinci prezidenti, həmçinin HƏMAS-ın rəqibi olan FƏTH partiyasının lideridir. Qəzzadakı opponentlərindən fərqli olaraq nisbi dünyəviliyi ilə seçilən Mahmud Abbas və hökuməti İordan çayının qərb sahilinə, HƏMAS isə Qəzza zolağına nəzarət edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru