Rusiya XİN: "Koreya yarımadasında danışıqlar dalana dirənib"

16-10-2023, 07:25           
Rusiya XİN:
"Koreya yarımadasındakı vəziyyətin nizamlanması ilə bağlı danışıqlar dalana dirənib. Hazırda çıxış yolu yoxdur".

Poliqon "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Oleq Burmistrova deyib.

Diplomat qeyd edib ki, hazırda bu regionda vəziyyət "eskalasiyaya doğru deqradasiyaya uğrayır": "Eyni zamanda, burada yerləşən ölkələr arasında münasibətlərin pisləşməsinin əsas səbəbi Cənubi Koreya və ABŞ-ın hərbi fəallığının artmasıdır".

Səfir deyib ki, Vaşinqton və Seul Şimali Koreyanın nüvə təhdidini cilovlamaq bəhanəsi ilə mütəmadi olaraq genişmiqyaslı birgə təlimlər keçirir. Yaponiyadan olan hərbi qulluqçular da tez-tez təlimlərdə iştirak edirlər.

Burmistrovun sözlərinə görə, hər üç dövlət Şimali Koreya ərazisində "baş kəsmə” zərbələri tətbiq edir. Bütün bunların fonunda Pxenyan ölkənin müdafiəsini təmin etmək və nüvə potensialını artırmaq üçün tədbirlər görməyə məcburdur: "Danışıqlar prosesi dalana dirənib. Və ondan çıxmaq perspektivləri, təəssüf ki, indiki mərhələdə görünmür".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.