Fələstin Prezidenti: "HƏMAS xalqımızın təmsilçisi deyil"

16-10-2023, 08:32           
Fələstin Prezidenti:
HƏMAS-ın hərəkətləri və siyasəti Fələstin xalqının maraqlarını əks etdirmir.

Publika.az xəbər verir ki, bu barədə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas venesuelalı həmkarı ilə telefon danışığında bildirib.

O, Fələstin Azadlıq Təşkilatını öz xalqının yeganə qanuni təmsilçisi olduğunu diqqətə çatdırıb.

“Prezident hər iki tərəfdən dinc sakinlərin öldürülməsini qəbuledilməz hesab edib və hər iki tərəfdən mülki şəxslərin, əsirlərin və saxlanılanların azad edilməsinə çağırış edib”, - agentlik əlavə edib.

Qeyd edək ki, Mahmud Abbas Fələstin Dövlətinin birinci prezidenti, həmçinin HƏMAS-ın rəqibi olan FƏTH partiyasının lideridir. Qəzzadakı opponentlərindən fərqli olaraq nisbi dünyəviliyi ilə seçilən Mahmud Abbas və hökuməti İordan çayının qərb sahilinə, HƏMAS isə Qəzza zolağına nəzarət edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru