“İsrailin Qəzzanı yenidən işğal etməsi böyük səhv olardı” - Bayden

16-10-2023, 11:44           
“İsrailin Qəzzanı yenidən işğal etməsi böyük səhv olardı” - Bayden
İsrail Qəzza zolağını yenidən işğal edərsə, bu, “böyük səhv” olardı.

KONKRET.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden bildirib.

İsrailin Qəzza zolağının işğalını dəstəkləyib-dəstəkləməyəcəyi sualına Bayden belə cavab verib: “Məncə, bu, böyük səhv olardı. Qəzza ağır bombalanıb və İsrailin tezliklə qurudan hücuma keçəcəyi gözlənilir”.

“Həmas bütün Fələstin xalqını təmsil etmir. Mən hesab edirəm ki, İsrailin Qəzzanı yenidən işğal etməsi səhv olardı”, – Bayden deyib.

Ancaq içəri girib ekstremistləri məhv etmək zəruri tələbdir.

“Düşünürəm ki, İsrail Fələstin xalqının əhəmiyyətli bir hissəsinin Həmas və Hizbullahın fikirlərini bölüşmədiyini anlayır”, – Bayden qeyd edib.

Qeyd edək ki, İsrail 2005-ci ildə Qəzza zolağından hərbi varlığını, eləcə də yaşayış məntəqələrini rəsmən çıxarıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru