SEPAH: HƏMAS-ın hücumu islam inqilabıdır

17-10-2023, 10:38           
SEPAH:
HƏMAS-ın hücumu İsrailin məhv olması prosesinin başlanğıcıdır.

Axar.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı Hüseyn Salami SEPAH-ın bugünkü strateji plan və planlaşdırılma üzrə ümumi konfransındakı çıxışı zamanı deyib.

"İslam inqilabı qlobal məsələyə çevrilib, dünyada yayılıb. HƏMAS-ın "Əqsa tufanı" əməliyyatı bu inqilabın təzahürlərindən biridir", - o bildirib.

SEPAH komandiri ötən il İranda baş verən kütləvi etiraz aksiyalarını da xatırladaraq, onu Qərbin və İsrailin planı adlandırıb. O, dolayı yolla İsrailə qarşı həyata keçirilən son hücumun aksiyalara cavab olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru