Ermənilər sakitləşsin, Xankəndinin komendantı Sərkis Qalstyan deyil, Sərdar Səfərovdur....

17-10-2023, 16:26           
Ermənilər sakitləşsin, Xankəndinin komendantı Sərkis Qalstyan deyil,  Sərdar Səfərovdur....
Bir həftədən çoxdur ki, erməni mediası susmur. Azərbaycanın Sərkis Qalstyanı Xankəndidə patrul zabiti təyin etməsi barədə məlumatlar yayır.

S. Qalstyan qondarma “parlament”in deputatı David Qalstyanın əmisidir və separatçıların “təhsil nazirliyi”ndə işləyib. Araik Arutyunyanın “seçkiqabağı kampaniyası” zamanı Şuşa və Kərkicahandakı “qərargahlar”da “məsul” şəxs olub.

Qondarma deputat Davit Qalstyan əmisi Sarkis Qalstyan haqqında yayılan məlumatı təkzib etdi:“Məndə olan məlumata görə, belə bir şey yoxdur. Sarkis Qalstyan və həyat yoldaşı, eləcə də bəzi ermənilər Xankəndidədir. Pisliyi bacaran dillər belə məlumatları yayır. Sarkis Qalstyanın nə ilə məşğul olduğu barədə faktlar tezliklə üzə çıxacaq. Mən Sarkis Qalstyan üçün qərar verə bilmərəm və ya onun qərarına təsir edə bilmərəm. Övladları İrəvandadır və bu gün kiminsə haqqı yoxdur ki, əsassız iddialarla Sarkis Qalstyanın ailəsini hədəfə alsın, Sadəcə, deməyə söz tapa bilmirəm”, -deyə Qalstyan bildirsə də, erməni mediası susmaq bilmirdi.

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərinə patrul rəisi- komendant təyin edib. General Sərdar Səfərov 1973-cü ildə Sumqayıtda anadan olub. Dövlət Bədən Tərbiyəsi İnstitutunu, Türkiyənin Jandarma Zabitlər Məktəbini və DİN-in Polis Akademiyasını bitirib.

1996-2005-ci illərdə Daxili Qoşunlarda xüsusi təyinatlı bölüyün komandiri, Xüsusi təyinatlı taborun qərargah rəisi kimi xidmət edib.
2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin İdarənin rəisi olub. Daha sonra BŞBPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin edilib.

O, son olaraq bu ilin yanvarında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilmişdi. General-mayor rütbəsini isə ötən ilin iyulunda alıb.
“Hərbi xidmətlərə görə”, “İgidliyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib. Ailəlidir, üç övladı var.

Qeyd edək ki, ötən gün İlham Əliyevin Xankəndiyə səfəri çərçivəsində Sərdar Səfərov Prezidentə raport verib.

Xeyirli -uğurlu olsun!

Əntiqə Rəşid












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.